Tanınmış taksi şirkəti müştərilərini belə aldadır – Şikayət

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Salam Taksi”-*9933 şirkəti sərnişinləri aldadır.

Bu haqda şirkətdən şikayətçi olan vətəndaş Bizimyol.info redaksiyasına müraciət edib.

O bildirib ki, şirkətə Şüvəlandan Sumqayıta getmək üçün taksi sifariş edib. Şirkətdən gedişhaqqının 16.7AZn olduğu bildirilir. Onun sifarişinə gələn 90-TH-671 dövlət nömrə nişanlı, “Mitsubishi” Pajero markalı avtomobil sürücüsü ona narahatçılıq yaşadıb, səhv yerdə saxlayaraq cərimələndikdən sonra onunla kobud davranıb və gedişhaqqıdan 2 dəfə artıq çox pul alıb.

Səbəb olaraq isə cərimənin yarısının müştəri tərəfindən ödənilməsi kimi göstərib. Lakin şikayətçi vətəndaş öz şikayətini *9933 nömrəsinə bildirmək istəsə də operatorlar onun şikayətini qeydə almayaraq onu +994124099933 nömrəsinə yönləndiriblər. Həmin nömrənin isə zəngləri qəbul etməyib və qeyri-işlək olub.

Məsələ ilə bağlı şirkətlə və sözügedən əlaqə nömrə ilə əlaqə saxlamağa çalışsaq da buna müvəffəq ola bilmədik.

Bizimyol.info

#Tanınmış taksi şirkəti müştərilərini belə aldadır – Şikayət

Related Articles

050-295-94-79
top