Dövlət İmtahan Mərkəzindən şikayət var-VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Orxan Tağıyev adlı tələbə magistr imtahanlarında haqsızlıqla üzləşdiyi barədə Yenilik.Az-a müraciət edib. Prezident İlham Əliyev cənablarına və Birinci Vitse-Prezident mehriban Əliyevaya yazılı və video formasında şikayət edən gənc bildirir ki, magistr imtahanlarının 42-ci proqramında onlara proqramdan kənar sullar təqdim olunub. Həmin şikayəti və videonu olduğu kimi təqdim edirik. Həmçinin bildiririk ki, bayram günü olduğundan şikayətə DİM-dən mövqe öyrənə bilmədik, lakin dövlət qurumunun da münasibətini öyrənməyə çalışacağıq.

Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, tələbələr haqlıdır və onların haqqı bərpa edilməlidir.

Hörmətli Cənab Prezident!

Sizə müraciət edən Azərbaycan Gəncliyinin nümayəndələri, öz təhsili və inkişafını prioritet istiqamət kimi qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır. Biz hər birimiz. 26.05.2019-cu ildə Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Universitetlərinin Magistratura pilləsinə təşkil edilən qəbul imtahanın 2-ci mərhələsində, 42-ci proqram üzrə tədris olunan Sosilogiya, Politologiya, Fəlsəfə fənlərindən hazırlanan testlər əsasında imtahan vermişik. İmtahana yüksək səviyyədə hazırlaşmağımıza baxmayaraq, imtahana düşən test sualları arasında proqramdan kənar və hətta başqa proqramlara aid suallar var idi. (Məsələn: Diplomatiyaya aid suallar). Xüsusi ilə  imtahana salınmış sualların bəzilərində cavab variantları bir-birilə təzad təşkil edirdi. Bu da tələbələrin düzgün cavabı müəyyən etməsində başlıca mane oldu. Nəticədə bəzilərimiz ya zəif nəticə əldə etmiş ya da ümumiyyətlə müvafiq keçid balını toplamamışıq. Biz qətiyyətlə iddia edirik ki, imtahan düşəcək test tipli sualların əvvəlcədən təyin olunmuş xüsusi ekspert tərəfindən yoxlanılmamışdır. İmtahan suallarına daxil edilmiş 50 test sualından 14 sualı tamamilə yanlış prinsiplər üzərində quurlmuşdu. Biz dəfələrlə Dövlət İmtahan Mərkəzinə müraciət etmişik. Sonuncu dəfə kollektiv müraciətimizə cavab olaraq, Biz, Dövlət İmtahan Mərkəzində qəbulda olmuşuq. Həmin qəbul zamanı bizim işimiz tam, obyektiv, hərtərəfli araşdırılmamış, bizə qarşı qeyri-məsul münasibət göstərilmişdir. Bizə bildirmişlər ki, yalnız 5 sualı ulduzlu (səhv) kimi qəbul edə və əlavə bal verə bilərik. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi 14 sual səhv kimi nəzərdə tutulmalı və xeyrimizə hesablanmalı idi. Cənab Prezidentimiz, həmin hadisə bizi, daim öz üzərində çalışan gənclər kimi dərindən sarmış, inam və etimadımızın azalmasına, məyusluğumuzun yaranmasına səbəb olmuşdur. Digər heç bir qurum məsələni araşdırmır, insan və vətəndaş hüquqlarımızı kobudcasına pozur.Dəfələrlə Məleykə Abbaszadənin fərdi qəbulunda olub, ona dərdimizi çatdırmaq istəsək də, DİM-in nümayəndələri müxtəlif bəhanələrlə bizə mane olmuşdur. Nəticədə, Biz, yeganə çıxış yolunu Siz Prezidentimizə müraciət etməkdə görürük.

“Gənclər siyasəti haqqında” Qanunun 4.0.3-cü maddəsində gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi dövlətin əsas vəzifələri sırasında göstərilmişdir. 15 sentyabr 2017-ci il tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da analoji istiqamət öz əksini tapmışdır.

            Cənab Prezidentimiz, Sizin və Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın  bu dövlət, xalqımız, vətəndaşlarımız üçün çalışmağınız hamıya gün kimi aydındır. Biz dəfələrlə sizin əlillərə, xəstələrə, uşaqlara, bir sözlə köməyə ehtiyacı olan hər bir Azərbaycan Respublikasının vətəndaşına yardım əlinizi uzatmağınızın şahidi olmuşam. Əsası ümumilli lider H.Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin əsas istiqaməti olan gənclərin etibarlı təhsilinin qurulması yolunda atılmış əsaslı tədbirlər bügun sizin tərəfinizdən davam etdirilir. Siz hər zaman bizim kimi  köməyinizə ehtiyacı olan şəxslərin səsinə səs vermiş, dayaq durmuşsunuz. Sizin, daim olduğu kimi  ədalət, mənəviyyat prinsipərini rəhbər tutaraq Biz gənclərə kömək edəcəyinizə tam əmin şəkildə bu ərizəni yazırıq. Sizdən, Azərbaycan Universitetlərinə magistratutura pilləsində təhsil almağımızı təmin edilməsi üçün şəraitin yaradılması məqsədilə aidiyyati qurumlara tapşırıq verməyinizi xahiş edirik.

Related Articles

050-295-94-79
top