“Bahalı qıza bahalı hədiyyə edərlər” – Pərvin Abıyeva – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ARB TV-nin “Show news” verilişi, yerli məşhurlar arasında daha bir marqlı sorğu keçirib.
Şou-biznes əhlinə “Geyiminizə nə qədər pul xərcəyirsiz?” sualı ünvanlayan “Show news” komandası maraqlı və təəccübləndirən cavablar alıb: 
Pərvin Abıyeva – Aktrisa: “Ayaqqabım 1000 dollardır, köynəyim isə təxminən 200 manat olar. Üzüklərim isə biri 5 min, digəri isə 15 mindir. Üzüklərim hədiyyədir. Bahalı qıza bahalı hədiyyə edərlər. Adi hədiyyələrdir, çox böyütmürəm. Belə şeylərlə mənim ürəyimi almaq olmaz, biləsiz… ”
Vasif Məhərrəmli – Əməkdar artist: “Ayaqqabım 250 dollar, köynəyim 600 dollar, şalvarım isə 1000 dollara yaxındır. Saatım isə markadır, konsertdən hədiyyə ediblər, təxminən 6-7 min avrodur”.
Dilarə Kazımova – Müğənni: “Kastyumum 400-500 manatdır. Ayaqqabım əl işidir, 250 manatdır. Aksesuarlarım 150 manatdan çoxdur. Saatım markadır, qiyməti 750 manatdır. Məndə çox gözəl və marka olan başqa saat var, qiyməti 30 mindir, hədiyyədir. Qadınlar hədiyyə almalıdırlar”.
Daha ətraflı sözügedən sujetdən izləyə bilərsiniz: 

Related Articles

050-295-94-79
top