Ağdamda poçt rəisi özünü niyə öldürüb? – Səbəbi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ağdamda poçt şöbəsinin rəisinin intiharının bəzi təfərrüatı məlum olub.

Rayonun Qaradağlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Püstə Tağıyevanın intiharına səbəb banka küllü midarda kredit borcu olmasıdır:

“Püstə Tağıyeva uzun illərdir ki, Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyir. Ailəlidir. 3 övladı – iki qızı, bir oğlu var. Həyat yoldaşı dünyasını dəyişib. Qızının biri isə ailə həyatı qurub və müəyyən vaxtdan sonra həyat yoldaşından ayrılıb. Onun səhhətində heç bir problem olmayıb. Sadəcə Püstə Tağıyevanın ölümünə səbəb onun banka küllü miqdarda kredit borcu olmasıdır. Deyilənə görə, bankdan pul götürüb, qaytara bilməyib, faiz də üstünə gəlib. O, çıxış yolunu özünü öldürməkdə görüb”.

Qeyd edək ki, Ağdamda intihar hadisəsi qeydə alınıb. Rayonun Qaradağlı kəndində 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb. P. Tağıyeva Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib.

Related Articles

050-295-94-79
top