Zülfiyyə və qızından yeni foto

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə yeni fotolarını paylaşıb.

Dergi.az xəbər verir ki, sənətçi bu şəkillərə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə günü ilə bağlı təbrikində yer verib:

“Həyat nədir?! Həyat mübarizədir. Arzular və məqsədlər, yaşamaq və yaratmaq, özündən sonra davam edəcək həyat üçün var olmaq… Övlad sahibi olmaq, onu sevmək, onun arzuları üçün yaşamaq və mübarizə aparmaq – həyat budur.

Hər üzüntünü, yorğunluğu bir gülüşü ilə bizə unutduran – balalarımız! Hər zaman deyirəm, sizin gününüz tək bu gün deyil, varlığınız valideynləriniz üçün hər gün bayramdır. Hər şey, hər gün sizin üçün! Bütün uşaqları təbrik edirəm!”.

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva 2007-ci ildə ana olub.

Related Articles

050-295-94-79
top