Şöbə müdiri bir ailənin üzvlərini “əsir-yesir” edib – GİLEY

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Son illər müxtəlif səbəblər üzündən ayrı-ayrı şəxslər arasında borc şəklində və yaxud da digər adlar adı altında alınan pullar əməlli-başlıca mübahisə predmetinə çevrilir ki, bu da bəzən tərəfləri məhkəmə müstəvisinə qədər aparıb çıxara bilir. 

Belə bir xoşagəlməz olayla üz-üzə qalan ailələrdən biri də, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan-4, ev-3 ünvanda yaşayan Hüseynov Rasim Asim oğlugilin ailə üzvləridir. Qeyd olunan ünvanda yaşayan və bu gün də olmazın olayların “burulğanında boğulan” Rasim Hüseynov və onların ailə üzvləri, uzun illərdən bəri üz-üzə qaldıqları problemi həll edə bilmədiklərindən, bir neçə gün bundan öncə Gündemxeber.az saytının redaksiyasına ərizə ilə müraciət ediblər. Rasim Hüseynovun adından redaksiyamıza təqdim olunan şikayət ərizəsində o, qeyd edir ki, “anam Manafova Aidə Həsən qızı Respublika Səhiyyə Nazirliyinin Həmkarlar İttifaqının sədr müavini vəzifəsində çalışarkən o, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olundu. Həmin vaxtlarda anamın yanına Qarayev adına 2 saylı Uşaq Xəstəxanasında laboratoriya şöbəsinin müdiri Əzizova Xanım Nüsrət qızı tez–tez gəlib gedir.

Videonu izləmək üçün linkə dail olun:
https://www.facebook.com/watch/?v=335086697111602

Bu qadın anamla çox yaxın münasibətdə olduğundan, onun etibarından sui-istifadə etməyi də bacarır. Belə ki, o, 2010–cu ildə anamın yanına gəlir və qızını universitetə düzəltmək üçün ona 8 min manat məbləğində pul lazım olduğunu bildirir. O, pulu yaxın vaxtlarda qaytaracağına da söz verir. Anam ona inanır və evdə olan 10 min manat pulumdan 8 min manatını, mənə heç bir söz demədən “Sahil bağ”ında Xanımla görüşüb ona verir. Həmin vaxt Xanım anama pulu 3-4 aya qaytaracağına da söz verir. Anam verdiyi pulun qaytarılacağına əmin olduğu üçün, bu barədə mənə heç bir söz deməyir. Buna baxmayaraq, Xanim 4-5 ay vaxt keçsə də, aldığı pulu geri qaytarmır və “bu gün-sabah qaytaracağam” deməklə, açıq-aşkar şəkildə anamı aldada bilir. Bundan sonra, anam Xanıma verdiyi pulun mənə məxsus olduğunu bildirir və pulun təcili qaytarılmasını ondan xahiş də edir. Buna baxmayaraq Xanım anamı aldadır və hər dəfə ona müxtəlif bəhanələr danışmaqla yola verməyi də bacarır. Belə olan halda anam bərk əsəbləşir və stress də keçirir. Çünki o, qorxur ki, mənə heç bir söz demədən pulumu ona verib, ona görə də eşidib əsəbiləşərəm. 2012–ci ildə o, insulit də oldu. 2016-ci ildə ürəyi tutdu və həkimlər onun təcili əməliyyat olunmalı olduğunu bildirdilər. Ona görə də, anamın əməliyyatına təcili pul lazım oldu. Mən anama verdiyim pulu istədikdə, o, mənə hər şeyi danışdı və pulumu Xanıma verdiyini bildirdi. Anamı əməliyyat etdirdim və o, məni əmin etdi ki, Xanım pulu qaytaracaq. 2018–ci ildə Xanıma müraciət etdim və pulumu ondan istədim. Həmin vaxtlarda işdən çıxmışdım, ailə vəziyyətim də ağır idi. Təkcə həyat yoldaşım işləyirdi. Mən Xanımdan pulu istədikdə o, pul aldığnı danmadı və “pulunuzu yaxın günlərdə qaytararam” dedi. O, Həbib adlı bir şəxsin adını çəkdi və bildirdi ki, “sizin və borclu olduğum digər şəxslərin pulları həmin şəxsdədir. Həmin şəxs həbsxanadadır və iki həftədən sonra azadlığa çıxacaq. O, həbsdən çıxdıqdan sonra onunla görüşəcəyəm və sizin pullarınızı ondan alıb özünüzə qaytaracağam” dedi. Həqiqətən də o, 055-311-08-18 mobil nömrə ilə mənim 055-272-15-05 mobil nömrəmə zəng vurdu və özünün Həbib adlı şəxs olduğunu bildirdi. (Redaksiyamızda həmin şəxsin mobil telefonla danışdığı səsyazısı var) O, mənimlə mobil telefonda danışarkən bildirdi ki, “Xanımda siyahı var və həmin siyahıya baxıb deyəcəyəm ki, o, sizdən nə qədər pul alıb” dedi. Həmin vaxtdan 2-3 gün keçdikdən sonra isə o, “mənim sizə borcum yoxdur” dedi. Soruşdum ki, sən kimsən? Cavabında bildirdi ki, “mən müəlliməm və vaxtilə universitetə tələbə düzəltmişdim. Rüşvətə görə həbs olunmuşdum, bu gün cəzamı çəkib azadlığa çıxmışam”. Belə bir telefon zəngindən sonra həyat yoldaşım oğlumla birlikdə Xanımın iş yerinə getməli oldular və onlar əvvəlcə baş həkimə müraciət edirlər. Problemin mahiyyətini baş həkimə danışdıqca o, onlara diqqətlə qulaq asır və bildirir ki, “siz tək deyilsiniz. Xanımla bağlı mənə çox adamlar müraciət ediblər. Bu şəxsin əməlləri sırf iş fəaliyyəti ilə bağlı olmadığından, mən sizə heç cür köməklik edə bilmərəm” deyə cavab verir. Yoldaşım baş həkimin yanına gedib hər şeyi ona danışdığına görə Xanım ona bərk əsəbləşir və pul qaytarmayacağını da bildirir. Həmin vaxtlarda yoldaşım zəng edib məni ora çağırdı. Elə ki, Xanım bildi ki, mən ora gedirəm, o halda o, iş otağının qapısını bağlayaraq otaqdan çıxıb gedir. Mən xəstəxanaya daxil olduqda yoldaşım bildirdi ki, “Xanım otağı bağlayıb getdi”. Buna görə də, Səhiyyə nazirliyinə müraciət etmək qərarına gəldim və o tərəfə keçmək istədikdə, Xanımın öz avtomobilinə (CİP–Ford qara rəngli) mindiyini gördüm. Mən onu saxlayıb məsələni aydınlaşdırmaq istədikdə, o, teztələsik avtomobilinə əyləşdi. Həmin vaxt sükan arxasında bir kişi də əyləşmişdi. Sürücüyə bildirdim ki, avtomobili bir neçə dəqiqəlik saxlasın, Xanıma lazımi sözümü deyə bilim. Həmin an o, sürücüyə bərk qışqırdı və ona “sür gedək” dedi. Mən sürücü tərəfdə dayanıb sol qolumu pəncərədən içəri qoymuşdum. Sağ tərəfdə oğlum, avtomobilin önündə isə yoldaşım dayanmışdı. Öz-özlüyümüzdə fikirləşdik ki, o düşüb bizimlə söhbət edəcək. Həmin anlarda sürücü avtomobili işə saldı və onu yoldaşımın üstünə sürdü. Qolum avtomobildə olduğundan bərk dartıldı və yoldaşım avtomobilin önündən çəkilməsəydi, yəqin ki, o halda sürücü avtomobili onun üstünə sürüb onu öldürə bilərdi. Oğlum Cəlal Hüseynovdan xahiş etdim ki, DİN-nin 102 xidmətinə zəng etsin və həmin zəngə əsasən, çox keçmədi ki, bizi Səbail RPİ-nin 39-cu polis bölməsinə çağırdılar və bizdən ərizə aldılar. Polis əməkdaşlarından xahiş etdim ki, hadisə vaxtı kamera görüntüsünü götürsünlər. Qolum zədə aldığından, mən onlardan ekspertizaya göndərilməyimlə bağlı göndəriş verilməsini xahiş etdim. Buna baxmayaraq, işi aparan təhqiqtçı dəyişdirildi və Qabil adlı digər təhqiqatçı isə bildirdi ki, “xəsarət olmayıb, vəssalam!” Xanım da bizə bildirdi ki, “əgər şikayət etsəniz, o halda sizə verəcəyim pulu polisə verəcəyəm. Polis sizdən də, bizdən də pul alacaq. (Bununla bağlı lazımi səsyazısı var) Görünür o, düz deyirmiş. Bildirmək istəyirəm ki, Xanım tək bizə deyil, çoxlu sayda insanlara “pul atıb”. O, ayrı-ayrı şəxslərə qarşı dələduzluq etmiş və guya onlardan faiz pulu alındığını bildirərək, məhz onları şantaj etməkdən də çəkinməmişdir. Həmin şəxslərdən biri Bünyadov Zemfira İsmayıl qızı və digəri isə Aşur adlı şəxsdir. Yəqin ki, yaxın vaxtlarda onlar da redaksiyamıza ərizə ilə müraciət edəcəklər. Xahiş edirəm ki, pulumun dələduz əməlinə qol qoymuş Xanım adlı şöbə müdirindən geri qaytarılması üçün mənə lazımi köməkliyinizi göstərəsiniz. Bu gün anamın yataq xəstəsi olmasının səbəbkarı Xanımdır. Ona görə də istərdim ki, o, atdığı addımlarına görə qanun qarşısında məsuliyyətə cəlb olunsun”.

Mövzunu diqqətdə saxlayacağıq. 
GundemXeber.az

#Şöbə müdiri bir ailənin üzvlərini “əsir-yesir” edib – GİLEY

Related Articles

050-295-94-79
top