Lerikdə ağır yol qəzası- 1 ailənin 4 üzvü yaralanıb, biri ölüb

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Lerikdə ağır yol-nəqliyyat hadisəsi olub.

AYDINLIQ.AZ “Report”a istinadən xəbər verir ki, hadisə Lerik rayonunun Vaqo kəndi ərazisində baş verib. Belə  ki,”Niva” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1 ailənin 5 üzvü ağır xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərov, 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova, 1980-cil təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov və 2004-cü il təvəllüdlü Səfərov Aytəkin Əbülfət qızıdır. Aytəkin Səfərovanın həyatını xilas etmək olmayıb və dünyasını dəyişib

Related Articles

050-295-94-79
top