Tərtərin Mərkəzi Xəstəxanasında nələr baş verir?

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bir neçə ay öncə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaynanasının adına rayonun Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alması barədə yayılmış məlumatlar ictimaiyyət arasında geniş rezonans dögurmuşdu. Hələ bundan öncə də Müstəqim Məmmədovun tərtər rayonunda bir sıra qanunsuzluqlara, rayonda aparılan abadlıq vəyenidənqurma işlərində külli miqdarda dövlət vəsaitlərinin qohum əqrəbalarının adına yaratdığı yalançı şirkətlər vasitəsi ilə mənimsəməsi barədə də kifayət qədər məlumatlar yayılmışdı.

Aktualinfo.org onlayn qəzet redaksiyasına verilən məlumatlara görə Müstəqim Məmmədov rayonun büdcə təşkilatlarına çox ciddi nəzarət edir. Rayonun Təhsil,səhiyyə və mədəniyyət şöbələrinə təmir tikinti işlərinə atrılan vəsaitlərdən əlavə, şöbə müdirlərinindigər gəlir sahələrinə də Müstəqim Məmmədovun əl qoyduğu bildirilir.

Redaksiya verilən məlumatlara görə bu işdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov xüsusi canfəşanlıq göstərir. Qeyd edək ki, 2013- cü ildə Tərtərdə 121 çarpayılıq mərkəzi rayon xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Bu da şübhəsiz ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısının nəticəsidir. Vaxtı ilə bərbad vəziyyətə olmuş bu səhiyyə ocağı da Səhiyyə Nazirliyinin vəsaiti hesabına təmir edilmiş xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilmiş, həyətində geniş abadlıq işləri aparılmışdır. Xəstəxanada çalışan tibb işçiləri üçün yaradılmış şərait, quraşdırılmış müasir tibbi avadanlıq rayon əhalisinə xidmətin səviyyəsini daha da artırmağa imkan vermişdir. Yaradılmış bu kim şəraitə baxmayaraq redaksiyamıza verilən məlumatlara görə sakinlər ən adi xəstəliklə bağlı ya qonşu rayon xəstəxanalırına, ya da Bakı şəhərinə üz tutmalı olurlar. Bu nədən irəli gəlir? Bu xəstəxanın həkim personalı hara baxır, və yaxud nə işlə məşğul olur. Həkimləri deyə bilmərik, amma baş həkim Yaşar Hüseynov pul yığmaqla məşğuldur. Məlumatlara görə Yaşar Hüsetnov rayonun bütün kənd tibb məntəqəlirindən aylıq hesab alır. Rayonun Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında ayda ildə bir nəfər müracət etsə və ya etməsə də məlumatlara görə bu Yaşar Hüseynovu qəti maraqlandırmır. O cümlədən də rayonun digər kənd tibb məntəqələri də bu işlərdə istisna olunmurlar.

Mərkəzi Xəstəxananın Təcili və təxirəsalmaz tibbi yardım şöbəsi, poliklinika şöbəsi Doğum şöbəsi, uşaq məsləhətxanası, Uşaq xəstəxanasında da vəziyyət olduqca ağırdır. Sakinlərin əməkdaşlarımıza verdiyi məlumata görə getdiyimiz xəstəxanalara ayaq basan kimi həkimlər pul istəyir. Təcili və təxirəsalmaz tibbi yardım çağırışa bir saatdan tez gəlmir, gələndə də iynə dərmanın olmadığını bildirir, pul aldıqdan sonra iynə dərman tapırlar. Doğum Şöbəsində isə özbaşınalıq və xəstələrə etinasızlıqdan başqa heç nə görmədiklərini bildirən sakinlər çox vaxt xəstələri yaxın rayonların doğum şöbələrinə apardıqlarını bildirirlər. Düzdü orada da pul verdiklərini etiraf edən sakinlər Tərtər rayonunun doğum şöbəsindəki qiymətlərinin çoxolduğdan şikayətçi olduqlarını və iradlarını aidiyyatı orqanlara çatdırmağımızı xahiş etdilər.

Məlumatlara görə Yaşar Hüseynovun qanunsuz əməlləri bunlarla bitmir. Məlum olduğu kimi Nazirlər Kabinetinin qərarı ilə bir sıra xəstəliklərə dərman Səhiyyə Nazirliyi tərəfindən pulsuz veilir. Lakin Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynovun göstərişləri ilə həmin dərmanlar xəstələrə satılır. Həm də rayon mərkəzində özünə məxsus olan aptekdə.

Aktualinfo.org rayon sakinlərinin narazılıqlarını geniş ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı Səhiyyə Nazirliyinə də müracıət etməli olacaq. Ən azından sakinlərin yaxasını baş həkim Yaşar Hüseynovun əlindən qurtarmaq üçün.

Related Articles

050-295-94-79
top