Kərim onu döyən adama səsləndi: ”Kişiliyin varsa, gəl…”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bir neçə gün öncə yolda döyülən müğənni Kərim həmin şəxsi bağışlamağa hazır olduğunu deyib. O, bunun üçün şərtini də açıqlayıb.

Yenicag.az xəbər verir ki, müğənni yalnız bir halda polisə yazdığı ərizəsini geri götürəcəyini deyib:
“Tacir Şahmalıoğlu da mənə zəng etdi ki, qohumlarımdır, ərizəni geri götür. Tacir müəllimə bir kəlməm oldu ki, bir halda ərizəmi dala götürərəm. Necə ki, məni yumruqlayıb, vicdanı, şərəfi varsa, düzünü danışsın. Kişiliyi varsa, çıxsın, bütün mətbuatda işlətdiyi təhqirlərə görə məndən və ailəmdən üzr istəsin. Nakişiyəm, əgər gedib ərizəmi geri götürməsəm. Zatən o uduzacaq. Amma yenə də deyirəm, onun probleminin olmasını istəmirəm, bu Ramazana and olsun”.
ARB-nin “Səhər-səhər” verilişindən olan görüntüləri təqdim edirik:


Related Articles

050-295-94-79
top