Bakının bu məktəbində pul yığılır – Araşdırma başladı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə pul yığılması ilə bağlı yayılan məlumat əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma başladılıb.

Bu barədə Axar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovanın təmir üçün hər sinifdən 120 manat pul yığması ilə bağlı yayılan məlumata cavab olaraq bildirilib.

Təhsil İdarəsindən qeyd edilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, 20 saylı məktəb-liseyin direktoru Səadət Veysovanın təmir üçün hər sinifdən 120 manat pul yığması ilə bağlı məlumat yayılıb. Bu barədə övladları həmin məktəbdə oxuyan valideynlər bildiriblər. 20 saylı məktəb-liseyin yüksək səviyyədə təmir olunduğunu bildirən valideynlər bu pulyığmanın ayrı məqsədlər üçün olduğunu da qeyd ediblər.

Həmçinin məktəbdə Son Zəng tədbiri üçün 11-ci sinif şagirdlərinin hərəsindən 40 manatda pul yığıldığı da vurğulanıb.

#Bakının bu məktəbində pul yığılır – Araşdırma başladı

Related Articles

050-295-94-79
top