BSU qalmaqallı rektorun müdafiəsinə qalxdı – Yeni maşına köhnə dedi

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın özünə bahalı xarici avtomobil aldığı barədə informasiyaya reaksiya verilib.

Məsələ ilə bağlı universitetin mətbuat katibi İbrahim Quliyev yerli KİV-lərə yayılan xəbərlərin yalan olduğunu deyib:

“Nurlana Əliyevanın özünə yeni maşın alması barədə yayılan informasiya yalandır. Həmin maşın 2012-ci ildə alınıb. 2012-ci ildə alınmış maşının bu gün mətbuata yeni kimi təqdim olunması heç düzgün hal deyil”.

Buta.media-nın araşdırmasına görə, şəkildə əks olunan w222 kuzov “Mercedes S-400” model avtomobil 2013-ci ilin may ayında Almaniyada təqdim edilib. Azərbaycanda satışı 2014-ci ildən başlanılıb.

İbrahim Quliyev əlavə edib ki, yayılan məlumatlara görə xanım rektorun təəssüf etdiyini də bildirib.

“Hətta maşının istifadə müddətinin bitməsinə belə az vaxt qalıb. İndi köhnə maşını Nurlana xanımın rektor olandan sonra alınması kimi təqdim etmək yanlış haldır.”

Related Articles

050-295-94-79
top