“AZAL”ın işçisi vətəndaşı təhqir etdi – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Azərbaycan Hava Yolları”nın (AZAL) xanım işçisi sərnişinin xarici pasportunun sürətini sosial şəbəkələrdə paylaşaraq təhqir edib.

Buta.media xəbər verir ki, “AZAL”ın Nazilə Muradova adlı işçisinin bu hərəkəti birmənalı qarşılanmayıb. 

O transgender şəxsə məxsus xarici pasportu paylaşaraq, onu gülüş obyektinə çevirir. 

Nazilə Muradova şərhlərdə onun hara uçduğunu da qeyd edib. Vətəndaşın kimliyindən asılı olmayaraq, ona aid məxfi məlumatların icazəsiz yayılması ciddi hüquq pozuntusudur, vəzifə səlahiyyətlərindən sui-istifadədir. 

Sosial şəbəkə istifadəçiləri “AZAL” işçilərinin şəxsi məlumatları açıq şəkildə sosial şəbəkələrdə paylaşmalarını pisləyiblər. 

Onlar qeyd ediblər ki, artıq bu kimi dövlət qurumlarına etibar etmək düzgün deyil. 

N.Muradova bundan sonra həmin paylaşımı silib. Eyni zamanda şəxsi məlumatlarında “AZAL”ın işçisi olması ilə bağlı qeydi də bağlayıb.

Related Articles

050-295-94-79
top