“Nar”-dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə!

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

 Ölkənin ən gənc mobil operatoru “Nar”, paytaxtımızın ev sahibliyi edəcəyi UEFA Avropa liqasının final qarşılaşmasına daha da həyəcan qatmaq üçün sosial media səhifələrində müsabiqə keçirir. “Nar” abunəçiləri internet üzərindən keçirilən futbol viktorinasında iştirak etməklə, həm öz biliklərini sınaya, həm də qalib gələrək 100 şəbəkədaxili pulsuz dəqiqə qazana bilərlər. Müsabiqə 26 mayda başlayacaq və elə həmin gün saat 23:59-da da yekunlaşacaq. 

“Nar” tərəfindən keçirilən bu müsabiqədə digər mobil operatorların abunəçiləri də iştirak edə bilər. Futbol tarixi, məşhur klublar, futbolçularun karyerası və digər maraqlı sualların hamısına düzgün cavab verən bütün “Nar” abunəçiləri 100 şəbəkədaxili dəqiqə hədiyyə qazanacaq. 

Nəticələr 27 mayda elan olunacaq, 29 mayda isə qazandıqları bonus dəqiqələr onların balansına əlavə ediləcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək mümkündür: https://www.nar.az/promo/29may-football.html 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Related Articles

050-295-94-79
top