Jurnalistlər Binasında BİABIRÇILIQ — FOTOFAKT

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Jurnalistlər Binasının sakinlərindən biri digərinin avtomobilinin üzərinə zibil torbası atıb.
“Ölkə.Az” xəbər verir ki, jurnalist Jalə Mütəllimova sosial şəbəkədə çəkdiyi fotonu paylaşaraq bu sözləri yazıb:

“Bu jurnalistlerin binası, “C” blokunun qarşısıdır. Bu, bu cəmiyyəti dövlət, millət adına yetişdirmək kimi ağır bir missiyanın altında çiyin verməli olan adamların binasının qarşısıdır. Bu bir dövlət mükafatçısının, digər dövlət mükafatçısının əmlakına münasibətidir. Və bu adına jurnalist sözü yaraşmayan birinin, ya özünün, ya da ailə üzvlərindən hansınınsa əməlidir. Daha nə deyim ki ?!… Allah hidayət eləsin. Seçdiyimiz, sevdiyimiz peşədə bizi üzüqara edənlərlə qonşu olmaq da bir cür mənəvi əzabdır. Bunu edən hər kimdirsə bilməliydi ki, əvvəlcə adam olmaq lazım, sonra peşə seçmək”. 

Related Articles

050-295-94-79
top