Azərbaycanda müəllim əxlaqsızlığa görə vəhşicəsinə döyüldü – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Mayın 16-da təxminən axşam saat 10:00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşlı müəllim bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Bu barədə Oxu.Az-a Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

İnsidentin görüntüsü bir müddət əvvəl “Facebook” sosial şəbəkəsində yayılıb. Zərərçəkən – həmin kəndin orta məktəb müəllimi, 1971-ci il təvəllüdlü Aqil Əzizovdur. Müəllim maşını ilə kəndə daxil olan zaman bir qrup yerli sakin onun yolunu kəsib.

Onlar A.Əzizovu avtomobildən düşməyə məcbur ediblər, sonradan yetkinlik yaşına çatmayan qızlara qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edərək, üzərinə hücum çəkiblər.

İlkin araşdırma nəticəsində məlum olub ki, doqquzuncu sinif şagirdləri A.Əzizovla birlikdə gəzintiyə getmək istədiklərini bildirib. Sonuncu şagirdlərinin bu təklifini dəstəkləyərək, gəzintiyə hazırlaşmağı tapşırıb.

Müəllimlə yeniyetmələr arasında söhbətin hansı formada aparıldığı hələlik məlim olmasa da, polisdən bildiriblər ki, müəllim tərəfindən hər hansı seksual xarakterli hərəkətlər olmayıb.

“Məktəbli qız evdə müəllimin kollektiv şəkildə gəzintiyə çıxmağı təklif etdiyini bildirib. Ancaq qızın qohumlarında müəllimin bu təklifi nədənsə şübhələr oyadıb. Bir sözlə, onlar heç bir şey aydınlaşdırmadan, müəllimin “dərsini vermək” qərarına gəliblər və onu linç ediblər”, – deyə polisdən bildiriblər.

“Müəllimin bir qrup şəxs tərəfindən döyülməsinə səbəb olan yeniyetməyə sataşmaq məsələsi öz təsdiqini tapmayıb.  Qarşı tərəf də müəllimin döyülməsini yaranmış əsassız şayiələrə inanmaları ilə izah edib və emosional olduqlarını bildiriblər. Tərəflər arasında barışıq əldə olunub”

10:32

Cəlilabadda müəllim döyülüb.

Buta.media-nın məlumatına görə, sosial şəbəkəlrədə yayılan görüntülərdə iddia olunur ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

İddia olunur ki, döyülən şəxs rayonun 3 nömrəli ümumi orta məktəbin 60 yaşlı Alim müəllimidir.

Məlumatda qeyd edilir ki, yaşlı kişi ərazidə yaşıyan qadına qarşı əxlaqsız edib.

Diqqət videoda şidddət və söyüş var:

Related Articles

050-295-94-79
top