Sahil Babayevin qohumu gömrüyə necə yol tapmışdı: – Nazir haqda şok iddia

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Qırmızı körpü” gömrük postunun rəisi Rəşad Babayevi tutduğu vəzifədən azad edib. R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Bununla bağlı vəziyyət araşdırılıb və post rəisi işdən azad olunub.
Bu arada yerli mediada R.Babayevlə bağlı yayılan məlumata görə, “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi oğludur. Məsələ ilə bağlı, cumhuriyyet.az-a daxil olan məlumata görə R.Babayev nazirin Bakıda yaşayan Tofiq adlı əmisinin S.Babayev haqda müəyyən məlumatları ictimailəşdirməməsindən sonra gömrükdə vəzifəyə alınıb. Bir müddət Bərdə rayonunda çörək zavodunun direktoru olan, daha sonra ARDNŞ-də işləyən, hazırda isə işsiz olan T.Babayev gənc nazir haqda məlumatlarını yuxarı dairələrə yazılı şəkildə bildirmək niyyətində olub. Şəxsən Sahil Babayev işə müdaxilə etdikdən sonra proses dayandırılıb və T.Babayevin oğlu Gömrük Komitəsində vəzifə alıb.
Mövzu ilə bağlı detalları aydınlaşdırıb diqqətinizə çatdıracayıq.

Related Articles

050-295-94-79
top