Bakıda jurnalist nazirə etiraz edib, soyundu: “Var-yoxumuzu satdıq…” – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakıda səhiyyə sistemindəki problemlərə etiraz olaraq təkbaşına aksiya keçirilib.
Aksiyanı jurnalist Teymur Kərimov edib. 
O, Səhiyyə Nazirliyinin qarşısında səhiyyə etinasızlığına və özbaşınalığına qarşı etiraz etdiyini bəyan edib.
T. Kərimov deyib ki, anası onkoloji xəstəlikdən əziyyət çəkir və uzun müddətdir ki, Azərbaycan xəstəxanalarında müalicə olunmağa çalışır. Amma bu müddətdə aparılan müalicənin heç bir effekt verməməsi bir tərəfə qalsın, həkimlərin rüşvətxorluğu ailəni təngə gətirib.
T. Kərimov hətta adi 30 qəpiklik pambığın belə onlara pulla satıldığını qeyd edib. 
Səhiyyə naziri Oqtay Şirəliyevin ünvanına sərt ittihamlar səsləndirən jurnalist rüşvətin başında məhz nazirin durduğunu iddia edib. 
O, ölkə rəhbərliyindən səhiyyəni məhv edən naziri dərhal istefaya göndərməyi istəyib.
Artıq bütün var-yoxlarını satıb həkimlərə verdiklərini deyən jurnalist yalnız əynindəki paltarlarının qaldığını deyib. Və paltarlarını çıxararaq onları anasının müalicəsi üçün satmaq məcburiyyətində olduğunu vurğulayıb. 

Related Articles

050-295-94-79
top