Bakıdakı “Stimul Hospital”da BİABIRÇILIQ – Xəstəni baş həkimlə görüşməyə qoymadılar

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda fəaliyyət göstərən “Stimul Hospital”da xoşagəlməz hadisə baş verib. 


BUTA.WS xəbər verir ki, qarın nahiyyəsində və mədəsində ağrılardan şikayətçi olan Məhbubə Təhməzova adlı vətəndaş müayinə olunmaq üçün sözügedən tibb müəssisəsinə müraciət edib. Bu zaman özünü “Stimul Hospital”ın şübə müdiri kimi təqdim edən, ad və soyadını söyləməyən xanım əməkdaş xəstə ilə çox kobud şəkildə rəftar edərək, onu acılayıb. Daha sonra isə həmin xanım əməkdaşın göstərişi ilə xəstə və onun yaxınları məcburi şəkildə “Stimul Hospital”ın binasıdan çıxarılıblar. 


Məhbubə Təhməzova göstərilən kobud rəftara görə sözügedən klinikadan şikayətçi olduğunu bildirib:


“Bizə qarşı edilən kobuduq rəftarla əlaqədar Baş həkimə şikayət etmək istədim. Ancaq həmin şəxslər məni və yaxınlarımı klinika rəhbərliyi ilə görüşməyə imkan vermədilər. Bizi zorla binadan çıxartdılar”. 


O, “Stimul Hospital”da üzləşdiyi xoşagəlməz hallarla əlaqədar Səhiyyə Nazirliyinə şikayət edəcəyini söyləyib. 

Plastik cərrah Elçin Zodan da açıqlamasında məlumatı təsdiqləmişdi.//BUTA.WS

#Bakıdakı “Stimul Hospital”da BİABIRÇILIQ – Xəstəni baş həkimlə görüşməyə qoymadılar

#Elçin Zodan #Stimul Hospital

Related Articles

050-295-94-79
top