“Elə bildim, başqa kanaldır” – Bahar Muradova AzTV-ni tanımadı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Bu gün işə lap erkən gəlmişdim. Saat 8- i təzəcə kecmişdi. İlk olaraq televizoru yandırdım. Hər zamankı kimi AzTV-ni seçdım. Əvvəl mənə elə gəldi ki, hansısa başqa bir kanaldır. Amma tanış üzləri və səsləri gördükdən sonra anladım ki, səhv etməmişəm,bu doğurdan da bizim doğma kanalımızdır”. BakuPost xəbər verir ki, bunu vitse-spiker Bahar Musadova sosial şəbəkədə yazıb. O, bildirib ki, tamamilə yenilənmiş səhər studiyasındakı müasir dizayn, musiqi tərtibatı, aparıcıların əhvali-ruhiyyəsi, geyimi, davranışı, rənglər bir sözlə hər şey göz oxşayıb:
“Qonaqla söhbət ücün secilmiş mövzu da aktual idi. 15 May Beynəlxalq Ailə Günü”nə həsr olunmuş müzakirələri sonadək izlədim.
Ardınca “Gün başladı”proqramı diqqətimi cəkdi. Hər zaman görmək istədiyim və insan əhvalına gözəl təsir edən bir rəngarənglik var idi. Məncə hər şey günə yaxşı başlamaq üçün gözəl düşünülmüş və əla yerinə yetirilməkdə idi.
Sözün doğrusu vox sevindim. Hər zaman ekran və efir məkanımız üçün örnək, yeni media quruluşlarımız üçünsə əsl məktəb rolunu oynayan ana televiziyamızın mahiyyətinə uyğun yeni və müasir forma kəsb etməsinə ürəkdən şad oldum. Ölkəmizin inkişaf ahənginə daha dinamik şəkildə qoşulan, getdikcə daha baxımlı, məzmunlu verilişlərlə tamaşacıların zövqünü və tələbatını ödəmək imkanlarını genişləndirən, eyni zamanda milli adət və dəyərlərimizə sadiqliyi ilə secilən, ailəvi olaraq rahat izlədiyimiz doğma kanalımızı, onun yaradıcı kollektivini bu nəzərəcarpan uğurlarına görə alqışlayır, daha kreativ , yeniliklərə daha aclq olmalarını arzulayıram”.

Related Articles

050-295-94-79
top