“Onsuz da ermənilər hər gün Azərbaycana gəlib-gedirlər” — Deputatdan ŞOK AÇIQLAMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakıda keçiriləcək Avropa Liqasının finalından öncə “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanla paytaxtımıza gəlib-gəlməməsi ilə bağlı müzakirələr davam edir. Təşkilatçı ölkə olan Azərbaycan tərəfi təhlükəsizliklə bağlı aidiyyatı qurumlara təminat verib və İngiltərə klubunun rəhbərliyi də futbolçusunun xidmətindən finalda istifadə etməkdə maraqlıdır.


Yenicag.az-a danışan millət vəkili, eyni zamanda da futbol azarkeşi olan Aqil Abbas məsələyə münasibət bildirib. O, aparılan müzakirələrin mənasız olduğunu qeyd edib:


“Bu müzakirə mənasızdır. Əvvala o, erməni olduğuna görə Azərbaycana gələ bilməz. Onsuz da ermənilər hər gün Azərbaycana gəlib-gedirlər. Bunları qəbul edirlər, hətta aparıb Gəncədə, evlərində çay içirlər. Hətta işə götürüb, ev də verirlər. Düzü, bir qarabağlı kimi bəzi şeyləri qəbul etmirəm. Gücüm çatsa, qoymaram. Amma mənlik deyil. Bizdə qonağı döymək, söymək yoxdur. Mxitaryandan qabaq da erməni idmançılar Bakıya gəliblər. Mxitaryan da gəlir, gəlsin, gəlmirsə də… Amma ona Azərbaycan tərəfindən qadağa qoyulmayıb. Təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Azərbaycan təhlükəsiz ölkədir. Daxili İşlər Nazirliyi ictimai asayişi qoruyur. MDB-nin ən sabit ölkələrindən biriyik. Sözüm ondadır ki, bundan bir oyun düzəltmək ölkəmizə qarşı təzyiqdir, qarayaxmadır”.


“Düşünmürsüz ki, “Arsenal” çempion olacağı halda, Mxitaryanın erməni bayrağı ilə stadionu dövrə vurması qıcığa səbəb ola bilər?” sualına isə millət vəkili belə cavab verib:


“O, erməni bayrağı ilə dövrə vura bilməz. Çünki o “Arsenal”ın, İngiltərə klubunun oyunçusudur. Şəxsən mən “Arsenal”a azarkeşlik edəcəm. Çünki orada dünya ulduzu, türk balası Məsut Özil var. İstərdim, o, finalda qol da vursun. İnanmıram Mxitaryan stadionda erməni bayrağı ilə dövrə vursun. Onu İngiltərədə…”


Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avroliqanın finalında “Arsenal” “Çelsi” ilə qarşılaşacaq.

Related Articles

050-295-94-79
top