“SALAAM CİNEMA BAKU” MƏHKƏMƏYƏ VERİLİB – QALMAQAL

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Bu gün “Salaam Cinema Baku”nu məhkəməyə verdik”.

ONA-nın məlumatına görə, bunu binanın sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov deyib.

O bildirib ki, binanı qanunsuz zəbt edən “Salaam Cinema Baku” əməkdaşları çıxmaq istəmədikləri üçün müvafiq sənədləri toplayaraq bu gün məhkəməyə müraciət ediblər. 

Qeyd edək ki, artıq bir neçə gündür, Bakının Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən bina ətrafında yaşanan qalmamaq bitmək bilmir. “Salaam Cinema”nın əməkdaşları icarəyə götürdükləri binadan çıxmağı rədd edərək iddia edirlər ki, bina tarixi binadır, onlar çıxacaqları təqdirdə binanın sahibi oranı sökəcək. 

Bina 1913-cü ildə tikilib.

Related Articles

050-295-94-79
top