“Avtomobildə pərdə qadağası ləğv edilməlidir” — Deputat

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Son günlər Azərbaycanda minik avtomobillərinə pərdə və plyonka qadağasının ləğv edilməsi barədə fikirlər səslənir. Hətta yayılan xəbərlərdə bildirilir ki, guya ölkəmizdə pərdə və plyonkadan istifadəyə tam icazə verilib, artıq yol polisinin bort-komputerlərindən həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi silinib. Bununla da avtomobilin nəinki arxa yan şüşələrinə, eləcə də qabaq yan şüşələrə də plyonka və ya jalüz pərdə vurulmasına icazə verilib.


Demokrat.az xəbər verir ki, Milli Məclisin deputatı Çingiz Qənizadə Avtosfer.az-a  müsahibədə bildirib ki, arxa yan şüşələrə örtük qadağasının heç bir mənası yoxdur: 


“Düşünürəm ki, bu qadağanın aradan qaldırılmasının vaxtı çatıb. Çünki bu o zaman tətbiq edilmişdi ki, həmin vaxtlar ölkədə təhlükəsizlik baxımından vacib idi. Artıq günün reallığında bu qadağanın qalmasına ehtiyac yoxdur”.


Deputat hesab edir ki, bu qadağa ölkədə turizmin inkişafına da çətinlik yaradır: 

“Təsəvvür edin ki, turist ölkəyə gəlir və kifayət qədər isti olan aprel ayında ona deyirlər ki, pərdədən istifadə etmək olmaz. Axı bu nə dərəcədə doğrudur ki, aprelin 30-da qadağa var, bir gün sonra bu aradan qalxır. Yaxud əgər bu təhlükəsizliklə bağlıdırsa o zaman qışda avtomobilin arxa yan şüşələri tərləyir və tamamilə görüntü məhdudiyyəti yaradır. Onda sürücünü buna görə də cərimələyək?”.

Related Articles

050-295-94-79
top