Universitetlərin “diplom-diplom oyunu” deputatı da dilə gətirdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Asim Mollazadə: “Bir çox universitet təhsil verən deyil, diplom satan universitet, təhsil müəssisəsidir”.
Nabatəli Qulamoğlu: “Fikrimcə, Asim Mollazadə bu məsələni ictimaiyyətə açıqlamaqdansa, parlamentdə qaldırsın”

Millət vəkili Asim Mollazadə universitetlərin bilik verməklə deyil, diplom satmaqla məşğul olduğunu deyib. Deputat ali təhsil müəssisələrinin, bir çox universitetlərin diplom satan qurumlardan əsl təhsil ocaqlarına çevrilməsinin vacibliyini vurğulayıb.

“Bu gün inkişafımızı əngəlləyən, təhsilimizə, elmimizə ciddi problem yaradan məsələlərdən biri savada, biliyə deyil, kağız parçası olan diploma üstünlük verilməsidir. Bir çox universitet təhsil verən deyil, diplom satan universitet, təhsil müəssisəsidir. Onlar elm, bilik, təhsil verməklə deyil, adi kağız parçası olan diplom satmaqla məşğuldurlar.

Hansı ki, onlar əsl təhsil ocaqlarına çevrilməli, biliklli, savadlı, peşəkar mütəxəssüslər hazırlamalıdırlar. Çünki bizdə əsl mütəxəssislərə, peşəkarlara ciddi ehtiyac var”.

Deputatın fikirləri ilə qismən razılaşdığını deyən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu “Sherg.az”a bildirib ki, millət vəkili bu məsələ ilə bağlı məsuliyyəti ilk növbədə öz üzərinə götürməlidir:

“Çünki o cəmiyyətin təmsilçisidir və neçə illər ərzində parlamentdə bu məsələni qaldıra bilərdi. Gərək, elə mexanizmlər yaradaq ki, saxta diplomların verilməsinə imkan yaranmasın. 

Ümumiyyətlə, diplom tələbənin biliyinə adekvat olmalıdır. Bizdə ən xoşagəlməz hal odur ki, yüksək balla ali məktəblərə qəbul olan tələblərimiz daha sonra hansı mühitə düşürlərsə, əvvəlki əməksevərliliyini, biliyə olan meyillərini itirirlər. 

Bunların hamısı ali məktəblərin başdan-başa korrupsiyaya qurşanmasından irəli gəlir. Keçirilən imtahanlar formal olaraq test imtahanıdır. Əslində, tələbələrin biliyinə uyğun olan qiymətləndirmə yoxdur. Ümumilikdə tələbələrin 50 faizdən çoxunun aldığı diplom əldə etdiyi biliyə uyğun deyil. 

Ola bilər hansısa tələbə imtahan prosesinə rüşvət verir, yaxud tanışlıq yolu ilə qiymət alır. Amma diplomların satılması anlayışı bir az fərqlidir. Məsələn, müəllimlər universitetinin bölgələrdəki filiallarında diplomların satılması halı olub. Fikrimcə, Asim Mollazadə bu məsələni ictimaiyyətə açıqlamaqdansa, parlamentdə qaldırsın”.

Related Articles

050-295-94-79
top