Memarlar İttifaqının sədri: “İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə İçərişəhərdə aparılan tikinti işlərinə münasibət bildirməkdən imtina edib.

O, “Report”un əməkdaşı ilə söhbətində hazırda ölkədən kənarda olduğunu deyib: “Mən hazırda Moskvadayam, Bakıda deyiləm. İçərişəhər məsələsinə heç bir münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, İçərişəhərdə aparılan tikinti işləri mövzusu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə açıqlama verərək aparılan tikinti işlərinin qala divarlarına və ümumiyətlə, İçərişəhərə ziyan vurmadığını bildirib.

Related Articles

050-295-94-79
top