““İçərişəhər” Azərbaycan xalqının yataq otağıdır və ora yad kişiləri buraxmaq binamusluqdur”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“İçərişəhər”də Qala divarlarının bir hissəsini sökülməsi və yerində restoran tikilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fotolar insanlar tərəfindən narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Bakının rəmzinin göz görə-görə dağıdılıdığından əndişələrini müxtəlif formada ifadə ediblər. 

Məsələyə münasibət bildirən yazıçı Seyran Səxavət Moderator.az-a açıqlamasında 19 il əvvəl “İçərişəhər” haqqında dediyi fikirlərini bu gün də təkrar edib və bildirib ki, buna başqa bir əlavəsi yoxdur:

“19 il əvvəl “İçərişəhər” haqqında belə bir fikir səsləndirmişəm, amma ola bilsin ki, illər keçdikcə bunu təhrif – filan edirlər, amma eybi yoxdur. Demişəm ki, Azərbaycanın paytaxtı Bakıdır, Bakının da paytaxtı “İçərişəhər”dir. Həm də “İçərişəhər” Azərbaycan xalqının yataq otağıdır və ora yad kişiləri buraxmaq binamusluqdur. İndi də bu fikirimdə qalıram və bunu şərh edəcək başqa bir əlavəm yoxdur. “İçərişəhər” haqqında bundan ağır fikir ola bilməz”. 

Related Articles

050-295-94-79
top