Sumqayıtda məktəbli qız dünyaya uşaq gətirdi – ŞOK

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin şagirdinin uşaq dünyaya gətirdiyi iddia edilib.

Bu barədə “Ölkə.Az”ın redaksiyasına daxil olan məlumatda qeyd edilir ki, məktəblinin Sumqayıt şəhər 1 saylı doğum evində dünyaya gətirdiyi uşaq tələf olub. 

İddialara aydınlıq gətirmək üçün 21 nömrəli məktəbin direktoru Vladim İbrahimovla əlaqə saxlanılıb.

Direktor belə bir hadisədən xəbərdar olmadığını bildirib.

1 saylı doğum evindən isə qeyd edilib ki, baş həkim Təranə Rəcəbli məşğul olduğu üçün sualları cavablandıra bilmir.

1 saylı Doğum Evindən isə bildirildi ki, onların belə bir məlumatı verməyə, təsdiqləyə və ya inkar etməyə ixtiyarları yoxdur: “Səhiyyə Nazirliyi bizə məlumat verməyi qadağan edib”.

Öz növbəsində Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verildi ki, hazırda işi hüquq-mühafizə orqanları araşdırdığı üçün bu barədə məlumat verə bilməzlər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Sputnik Azərbaycan-a bildirdi ki, hazırda fakt üzrə araşdırma aparılır, əlavə məlumat araşdırmanın yekununda veriləcək.

Related Articles

050-295-94-79
top