Bakıda 26 yaşlı qız əməliyyatdan sonra öldü: “Baku Medical Plaza”nın adı hallanır

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.

1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib. (Trend)

Yayılmış xəbərdə klinikanın adı qeyd edilməsə də, AFN-in özəl mənbədən əldə etdiyi məlumata görə, gənc qızın əməliyyatı “Baku Medical Plaza”da həyata keçirilibmiş. Klinikanın saytında göstərilən telefonlara zəng edərək xəbəri dəqiqləşdirməyə çalışsaq da, təəssüf ki, mətbuatla əlaqələrə cavabdeh olduğu deyilən Aysel xanımla əlaqə yaratmaq mümkün olmadı. Hər bir halda klinikanın mövqeyini verməyə hazırıq.

Related Articles

050-295-94-79
top