Qar Leriki iflic etdi – 2 gündür işıq yoxdu

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Lerik rayonunun dağlıq ərazilərində qar fəsadlar törədib.
Rayonun ucqar ərazilərində enerji verilişində problemlər yaranıb. Orand kəndində də iki gündür ki, işıqlar yanmır. Elektrik təsərrüfatı işçilərinə kənd camaatı da köməklik göstərərək yaranan problemlərin aradan qaldırılması istiqamətində iş aparırlar. Kənd sakinlərinin bildirdiyinə görə, ərazidə qarın hündürlüyü 15-20 sm təşkil edir. Çiçəkləyən meyvə ağaclarını don vurub, təsərrüfatlara ziyan dəyib.
Nuravud, Pirəsora kəndlərində, xüsusilə də Kömürgöy kəndində qar daha çox yağıb. Şaxtalı hava səbəbindən yollar buz bağlayıb.
Rayon mərkəzinə də qar yağsa da, yerdə qalmayıb. Bu səbəbdən hər hansı problem yaşanmayıb. Qar yağmaqda davam edir.
Report

Related Articles

050-295-94-79
top