İNAM KƏRİMOVUN İNAMINDAN SUİ-İSTİFADƏ EDƏNLƏR… – İLGİNC

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Kənd Təsərrüfatı Naziri postuna təyin olunduqdan sonra özünü doğrultmağa çalışdığı şübhə doğurmayan İnam Kərimova qarşı konkret bir şəbəkənin fəaliyyətdə olması haqda keçənlərdə məlumat vermişdik. Bu dəfə isə DİA.AZ-a daxil olan informasiyada konkret məqamlara aydınlıq gətirlir.

Belə ki, redaksiyamızı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, KTN-də məhz özünün qrip marağından çıxış edən bəlli bir şəbəkə var ki, həmin şəbəkədə yer alan məmurlar nazirlik daxilindəki rəqiblərindən mediaya məlumat sızdırmaqla məşğuldurlar.

Mənbənin söylədikləri: “Onlar bura da rəqiblərini hədəf alsalar da, nəzərə almırlar ki, son nəticədə “ümumi oturduqları ağacın” da kökünə balta vurmaqla məşğuldurlar. Təbii ki, burada əsas hədəfə gətirilən yekunda elə İnam Kərimovun özü olur”.

Qeyd edək ki, DİA.AZ-a daxil olan məlumatda İnam Kərimovun inamından sui-istifadə edərək özünün cılız maraqlarını yeritməyə çalışanların kimlikləri barədə konkret faktlar var.

Bu barədə daha geniş bilgiləri yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləyin və İnam Kərimovun durumunu gərginləşdirməyə çalışan KTN əməkdaşlarının kimlikləri iləsilər də tanış olun…

Related Articles

050-295-94-79
top