SAMİR NURİYEV ABUTALIBOVUN KADRINI VƏZİFƏSİNDƏN ÇIXARDI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev rəisin vəzifəsini kiçildib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Samir Nuriyevin əmri ilə, Akif Abdullayev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, idarə rəisinin birinci müavini vəzifəsinə təyin edilib. İdarənin rəis vəzifəsinin icrası isə Anar Quliyevə tapşırılıb.
Xəbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət öncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi prezident İlham Əliyevin fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansına daxil edilib. Hacıbala Abutalıbovun meriyaya rəhbərlik etdiyi illərdə Akif Abdullayev uzun müddət Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi və rəisi olub.

Related Articles

050-295-94-79
top