“O qız qardaşımın gənclik səhvidir”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xalq artisti Nazpəri Dostəliyeva özünü onun qardaşı qızı kimi təqdim edən və atasının təcavüzünə məruz qaldığını bildirən Pərvanə Dostəliyeva ilə bağlı açıqlama verib.

AYDINLIQ.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xalq artisti sosial şəbəkədə paylaşım edərək Pərvanəni qardaşının gənclik səhvi adlandırıb:

“Bir xalq artisti olaraq hər zaman ayağımdan dartmağa çalışanlar çox olub. Bu böhtanların üstündən hər zaman səbrlə keçmişəm və susmuşam. Videosu yayılan bu sərxoş qadın guya mənim qardaşım qızıdır və məni şantaj edir. 

Qardaşım Ağaların rəsmi nikahdan iki oğlu var. Qardaşımın gəncliyində ətrafında qızlar çox olub. Bu qız da, yəqin, qeyri-qanuni dünyaya gələn biridi. Çox təəssüf edirəm ki, qardaşımın gənclik səhvinə görə bu gün mən şantaj olunuram. Onun məni şantaj etməyinin səbəbi də bu qızın anasını və özünü qəbul etməməyim və yaxınıma buraxmamağımdır. Mən heç vaxt o qızı qəbul etməmişəm və etməyəcəm də. Ağlı başında olan bir qadın belə sözlər danışmaz. Onun danışdıqları cəfəngiyatdır. Ona görə də, onun sözlərini ciddiyə almıram”.

Related Articles

050-295-94-79
top