ŞƏBNƏM TOVUZLU BU DƏFƏ DƏ QRAMMATİKA BİLİYİNİ NÜMAYİŞ ETDİRDİ — SƏHVLƏRLƏ DOLU STATUS

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Müğənni Şəbnəm Tovuzlunun “Hüseynova bacıları” verilişində Dubay və Amerikanı Avropa ölkəsi adlandırması ilə bağlı yaranan qalmaqal səngimir.
“Ölkə.Az” xəbər verir ki, Şəbnəm dünən açıqlama verərək bu məsələnin bir zarafat olduğunu, aparıcılarla əvvəlcədən planlaşdırılmış olduğunu bildirib. Bu gün isə Tovuzlu sosial şəbəkədə ona irad tutan izləyicisinə sərt cavab verib. Müğənni sərt cavab verməklə kifayətlənməyib azərbaycan millətini – yəni özünün mənsub olduğu milləti təhqir edib. 
Belə ki, izləyicinin “Bilmirsiz heç olmasa verilişə çıxıb özünüzü biabır etməyin” şərhinə sərt reaksiya verib.
Lakin bir nüansı qeyd edək ki, milləti cahil adlandıran müğənninin bu reaksiyası da orfoqrafik səhvlərlə dolu olub. İnsanları səhf yola yönəltməkdə günahlandırdığı saytların adını belə düzgün yaza bilməyən müğənni deyəsən özünü növbəti dəfə biabır edib.
Başa düşürük, Şəbnəm Azərbaycan dili qrammatikası üzrə müəllim deyil, müğənnidir. Amma ən azından mənsub olduğu millətin dilində düzgün yazmağı bacarmalıdır. Cümlələrində nöqtə, vergül olmayan, XXI əsr olsa da “ş” hərfi yerinə “w” yazan, “ə” hərfinin əlifbamızda olmasından deyəsən xəbərsiz olan Şəbnəm ayıbına kor olmaqdansa, millətini cahil adlandırır.
Statusu oxuculara təqdim edirik. Ən azı orta məktəb təhsili olanlar statusdakı səhvləri özləri müəyyən etsinlər.

Related Articles

050-295-94-79
top