Musiqili Teatrın aktyorları “Nəsimi ili – Nəsimi dili” festivalında

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Teatr Xadimləri İttifaqında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ilə birlikdə “Bir teatr, bir festival” layihəsi çərçivəsində təşkil etdiyi “Nəsimi ili – Nəsimi dili” festivalına yekun vurulub. Festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da iştirak edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının aktyorları – Əmrah Dadaşov ifa etdiyi “Neylərəm” qəzəlinə görə festivalın mükafatına layiq görülüb, Mehriban Zalıyeva “Allahu Əkbər, ey sənəm” qəzəlinə, Elnarə Nağdəliyeva isə “Hardasan” kompozisiyasına görə təşəkkürnamə ilə təltif edilib.

Festivalın digər iştirakçıları kimi onların da ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, festivalda Bakı Uşaq Teatrı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə yanaşı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Respublika İncəsənət Gimnaziyasının təmsilçiləri də Nəsimi poeziyasından nümunələrlə çıxış ediblər.

Related Articles

050-295-94-79
top