Hacı Şahin AzTV-dən getdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli AzTV-dən gedib.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, “Azərbaycan Teleradio Verilişləri” QSC-nin Mədəniyyət Televiziyasının efirində yayımlanan “Haqqın dərgahı” verilişinin aparıcı olan Hacı Şahin televiziya ilə yollarını ayırıb. Hələlik isə onun verilişdən gediş səbəbi açıqlanmayıb. 

Bundan sonra isə “Haqqın dərgahı” verilişinə ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov aparıcılıq edəcək.

Qeyd edək ki,  uzun müddət bu verilişin aparıcısı Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev olub.

Related Articles

050-295-94-79
top