MEHMAN HÜSEYNOV QARDAŞININ YANINA GETDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Yenicə həbsdən çıxan blogger Mehman Hüseynov 8 ildən sonra ölkə hüdudlarından kənara çıxa bilib.
O, İsveçrədə mühacir həyatı yaşayan qardaşı Emin Hüseynovla görüşüb və birgə foto çəkdirib. 

M.Hüseynov bu barədə özünün “Facebook” hesabında bildirib.

Həmin statusu və fotonu təqdim edirik: 

“Nəhayət ki, illər sonra qardaşımla görüşə bildim. Yuxu kimi gəlir mənə. Həbsxanada olarkən fikirləşirdim ki, bir də heç vaxt onu canlı görə bilmiyəcəm. Mənim vasitəm ilə ona hədə qorxu gəlirdilər, təzyiq edirdilər. Amma o geriyə addım atmadı, sona qədər məni müdafiə etdi. Çox maraqlı hisslər keçirdim. Xoşbaxtam.
Çox təəsüf ki, anam bu günləri görə bilmədi…Əminəm ki, anamın ruhu çox xoşbəxt oldu bu an.”

Xalqxeber.az

Related Articles

050-295-94-79
top