Bakının ən elit kollecində müəllimlər saçyolduya çıxdı

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanlı və amerikalı müəllimlər arasında dava olub

Bakının elit kollecində müəllimlər arasında əlbəyxa dava olub.
İstiPress-in baku.ws-ə istinadla verdiyi məlumata görə, hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən “British school College”-də işləyən müəllimələr arasında qeydə alınıb. 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında münaqişə baş verib.

Aidə Əsədova həyat yoldaşı Rəfael Əsədov bildirib ki, əslində baş verən hadisədə onun həyat yoldaşının heç bir günahı yoxdur.

“Yoldaşım kollecdə olarkən dəhlizdə müəllim yoldaşı ilə söhbət edirmiş Qəfil Coandra Hollis Conu onlara yaxınlaşıb və yoldaşımdan yanında olan şəxsin kim olduğunu soruşub. Danışıq zamanı onlar arasında mübahisə düşüb. Amerikalı qadın yoldaşımın saçından tutdu və onu ayağının altına salaraq sürüyüb və vəhşicəsinə döyüb. Yoldaşımın gözü şişib, bərk əzilib”.

O, bildirib ki, bu barədə polisə də şikayət ediblər, Amerika səfirliyinə də bildiriblər.

Related Articles

050-295-94-79
top