Sabah toyu olan gəncin evini dağıtdılar – İcra başçısına ağır ittihamlar – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 13
    Shares

Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın daha bir vətəndaşın evini sökməsi barədə məlumatlar yayılıb.BakuPost xəbər verir ki, yayılan məlumatlarda həmin evdə iki gün sonra toy olacağı bildirilir. İddialara görə, ev sökülərkən gəlinin cehizləri də məhv edilib. Məhz bu məqam sosial şəbəkələrdə ciddi etiraz doğurub, Abşerona rəhbərlik edən xanım icra başçısının ünvanına ağır ittihamlar səsləndirilib. Evi sökülən vətəndaş Rəsul Hüseynov BakuPost-a bildirib ki, 20 ildir yaşadığı evi söküblər: “Mənim 20 ildir yaşadığım evimi söküblər. Torpaq dəllalları, rüşvətlə mənim yurdumu viran qoydular. İcra nümayəndələri Asəf Əhmədov və başqaları torpaq alverçiləri olan Vahid Gülmalıyev, Fikrət və İntiqam Tanrıverdiyevlərlə əlbir olub, mənim evimi dağıtdılar. Mən uşaqlarımı bu evdə böyütmüşəm. Bu evdən üç meyit çıxıb”. 
Onun sözlərinə görə, evi məhkəmənin qərarı ilə məhkəmə icraçıları tərəfindən sökülüb: “Yalandan deyirlər ki, guya bura başqasının yeridir. Bunun əsasında məni iki il əvvəl məhkəməyə verdilər və məhkəmə evin sökülməsi barədə qərar qəbul etdi. Amma vəkilim sorğu verib, Daşınmaz Əmlakın Reyestr Xidmətindən sənəd aldı ki, təqdim olunan sənəd bizim yer deyil. Məndən 7 sot torpaq tələb edirlər, ancaq əllərində mənim torpağıma aid heç bir sənəd yoxdur. Torpaq çıxarışından başqa bütün sənədlərim var mənim. Evimi öz aralarında bir-birinə satıblar”.  
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən Axar.az-a bildirilib ki, sözügedən ev İcra Hakimiyyəti tərəfindən sökülməyib:“Həmin evin sökülməsinin Abşeron rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu barədə yalnız məhkəmə icraçıları danışa bilər. Bu, iki vətəndaşın arasında baş verən problemdir və məhkəmə çəkişməsinin nəticəsidir”.

Related Articles

050-295-94-79
top