“Direktor dərhal həbs olunmalıdır, Təhsil naziri isə…” – PARTİYA SƏDRİNDƏN İTTİHAM

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Son vaxtlar ölkə mediasını zəbt edən 162 nömrəli məktəbdə baş vermiş 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar hadisəsi gündəmi zəbt edib. Bu da onun göstəricisidir ki, bu gün Azərbaycan təhsilini batırıblar. Təhsilin çox bərbad vəziyyətdə olmasının bariz nümunəsidir”.

Bu sözləri sonxeber.az-a 14 yaşlı Elina Hacıyevanın intiharı ilə bağlı fikirlərini bildirərkən Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib.

Hafiz Hacıyev təhsil sistemində işləyən şəxslərin əksəriyyətinin müasir tələblərə cavab verməyədiyini qeyd edib:

“Təhsildə rüşvətxorluq, dostbazlıq, qohumbazlıq baş alıb gedir. O, qızın ölümündə məktəb direktoru günahkardır. Səbail İcra başçısının birinci müavini Xalidə Bayramova da çox böyük səhlənkarlıq edib. Bu cür insanlar Azərbaycan dövlətinə baş qaxıncıdır. Düşünürəm ki, bunların hamısı ölkə prezidentinə xəyanət edənlər və ölkədə qarışıqlıq yaratmaq istəyənlərdir”.

Partiya sədri Təhsil nazirini istefa verməyə çağırıb:

“Baş vermiş hadisədən sonra Təhsil naziri dərhal istefa verməlidir. Direktor isə, təkcə işdən azad olunmaqla deyil, dərhal həbs olunmalıdır. Qız uşağına elə zülm verilməməli idi, psixoloji cəhətdən o hala salınmamalı idi. Bu gün məktəblərdə narkotik vasitələr baş alıb gedir. Şagirdlər narkotik vasitədən, müxtəlif alkoqol içkilərdən istifadə edirlər. Sonucda da bu kimi dəhşətli hadisələr baş verir. Bəs, məktəbə narkotik vasitələr kimlər tərəfindən ötürülür? Direktorlar hara baxır? Təhsil naziri bir araşdırma eləsin”.

H.Hacıyev Elinanın intiharından sonra yayılan görüntülərlə bağlı məsələyə də toxunub:

“Azyaşlı qızın görüntülərini yayanlar, bunu düşünülmüş şəkildə edirlər. Bu hadisəni daha da qabardıb, şişirtmək istəyirlər. Eyni zamanda cəmiyyətə psixoloji təsir edirlər”.

Qeyd edək ki, aprelin 4-də 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva intihar edib. 14 yaşlı qızın intiharı ilə bağlı müzakirələr səngimək bilmir. Hətta prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da Prezident İlham Əliyev Elina Hacıyevanın intihar etməsi ilə bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verib.

Related Articles

050-295-94-79
top