“Ondan da biabırçı söyüş söyən müğənnilər var…” – Nadir həmkarlarının biabırçı videosundan danışdı

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Biz illərdir bu sənətdəyik. Fonoqram oxuyan zaman mikrofonlar bağlanır, açıq olmur, bu mümkünsüzdür. Gərək olmayaydı, etməyəydilər bunu… Əgər orda söyüş vardısa, niyə məhz mikrofon həmin o iki kəlmədə açıq olub?”

Bu sözləri BiG.AZ-a açıqlamasında tanınmış müğənni Nadir Qafarzadə həmkarlarının “Space” telekanalında yayımlanan “Hər Səhər” verilişində mahnını söyüşlü oxuması haqda danışıb. O bildirib ki, sözügedən hadisə planlanmış şəkildə olub:

” Reytinq deyilən bir şey var. Buna görə də edə bilərlər. Heç kəs baş verənlərdən sığortalanmayıb. O mənim də başıma gələ bilərdi. Düşünərdim ki, mikrofon söndürülüb, kiçik bir zarafat edərdim. Onu da efirə verərdilər. Çox üzüldüm, Rəşad da, Rüfət də hər ikisi mədəni və tərbiyəli oğlanlardır. Anarın, səs rejissorunun işdən azad olmasına çox pis oldum. Eyni zamanda, Rüfətə qoyulan qadağaya görə üzüldüm. O qədər insanlar işindən, pulundan oldu. Televizayaya səs beş , on dəqiqə sonra verilir. Yəni, artıq nəsə olarsa, onu kəsirlər. Bəs burda niyə kəsmədilər o hissəni? Yenə də deyirəm, bu planlanmış şəkildə baş verib. Bu millətin evini reytinq yıxdı. O ifaçılara qarşı insanların fikri dəyişir, ondan da pis söyüşlər söyən var. Heç kim aydan arı sudan duru deyil. Leksikonunda ondan da biabırçı söyüşlər olan müğənnilər var. Amma Rüfətlə Rəşadın başına gəldi”.

Related Articles

050-295-94-79
top