Bankların yeni qazanc fırıldağı – GƏLİŞMƏ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanda problemli kreditlər yenidən artıb. 

Belə ki, vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 1 574,7 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,3 faiz, yanvarın 1-nə nisbətən 0,65 faiz, ötən il martın 1-i ilə müqayisədə isə 7,4 faiz azdır. Fevralın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,1 faiz təşkil edib. Bu nisbət yanvarın sonuna və ötən ilin sonuna 12,2 faiz, ötən ilin fevralın sonuna isə 14,7 faiz olub.

Məlumdur ki, üzən valyuta rejiminə keçdikdən sonra, dollarla kredit götürənlərin ödənişlərində kəskin problemlər üzə çıxdı. Çünki dollarla götürülən kreditlərin manat ifadəsində dəyəri artdı. Həmin kreditlər dolların məzənnəsinin 0, 78 qəpik olduğu zaman götürmüşdü. İki devalvasiya görmüş kreditlərin həcmi 50 faizdən çox artdı. Amma bu gün problemli kreditlərin həcminin yenidən artması anlaşılan deyil. Bank sisteminin məsuliyyətsiz kreditləşmə siyasəti həm müştəriləri, həm də bu sektoru iflic vəziyyətə saldı. Gözlənilir ki, problemli kreditlərlə bağlı ölkə başçısının məlum fərmanının icrası devalvasiya nəticəsində bank sektorunun və vətəndaşların boynundan asılan problemli kredit yükünü həll edəcək.

Maraqlıdır, banklar ödənişi, qeyri-mümkün kreditləri niyə verir? Banklar bu yolla dövlət büdcəsinə şərik olmaq istəyir, yoxsa…

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, son illərdə yeni verilmiş kreditlərdə çox problem yaranmır: 

“Hesab edirəm ki, artan həcmlər əvvəlki dövrlərdə verilmiş problemli kreditlərdir. Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərin həlli ilə bağlı fərmanı fevralın 28-də verib. Hələ bu fərmandan irəli gələn məsələlər icra olunmayıb. Ola bilər ki, bu fərman icra olunandan sonra, mayın 1-nə olan statistik məlumatda problemli kreditlərin həcmi azalsın. Məlumdur ki, aprel ayında dövlət büdcəsindən banklara vətəndaşların problemli kreditləri üzrə ödənişlər olacaq. O zaman bu həcm azalacaq”.

Hüquqşünas problemi bəzi bankların vaxtı keçmiş kreditlərinin həcmini gizlətməsində görür:

“Amma artıq banklar bu cür məlumatı gizlədə bilmirlər. Mütəmadi yoxlamalar aparılır. Yoxlamalar aparılmasa belə, məcbur olub problemli kreditlər üzrə məhkəməyə müraciət etsinlər. Təbii ki, bu həcmlər problemli kredit kimi tanınmalıdır. Bəzi dövlət məmurlarına yaxın olan banklar var ki, həmin dövlət məmurları son 1-2 ildə vəzifədən azad olunub. Onlar vəzifədən azad olunmayana qədər həmin banklar problemli kreditləri göstərmirdilər. Guya ki, vəziyyətləri yaxşıdır. 

Problemli kreditləri tanınan digər banklara gəlincə isə, bu məsələnin uzanması borcun artmasına səbəb oldu ki, bu da məbləğin çoxalması ilə nəticələndi”.

TEREF.AZ

Related Articles

050-295-94-79
top