Rövşən Rzayev: “Yataqxanada baş verən yanğın qəsdən törədilib”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Komitə sədrinin sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb: “Müvafiq ekspertizalar təyin edilib. Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.

Qeyd edək ki, martın 6-da Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğın baş verib. Yanğın zamanı ər və arvad olmaqla, iki nəfər həyatını itirmiş, 6 nəfər xəstəxanaya yerləşdirilmişdi.

Related Articles

050-295-94-79
top