Nuşirəvan Məhərrəmli müğənni Rüfət Axundovun iddiasına cavab verib

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Milli Televiziya və Radio Şurası “Space TV”-də baş verən hadisə ilə bağlı lazımı tədbiri gördü”.
Bunu ONA-ya açıqlamasında “Space” TV-də müğənni Rüfət Axundovun efirdə tərbiyəsiz ifadələr işlətməsinə münasibət bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib.
N. Məhərrəmli deyib ki, MTRŞ telekanallarda həmin müğənniyə qadağa qoymaq barədə qərar qəbul etməyib: “Sadəcə, MTRŞ telekanallara tövsiyə edib ki, bu cür insanlarla ehtiyatlı hərəkət etsinlər”.

N. Məhərrəmli R. Axundovun tərbiyəsiz ifadəni guya dilə gətirmədiyi, bunun montaj olduğu barədə açıqlamasına da münasibət bildirib: “MTRŞ monitorinq etdi, tədbir gördü, məsələ bununla da bitdi. Gələcəkdə telekanallarda belə hadisələr baş verəcəksə, ona uyğun da adekvat addımlar atılacaq”.

Related Articles

050-295-94-79
top