ELİNANIN İNTİHARI İLƏ BAĞLI MƏKTƏBLİLƏR PROKURORLUĞA ÇAĞIRILDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

14 yaşlı Elina Hacıyevanın intiharı ilə bağlı açılan cinayət işi ilə əlaqədar bir neçə məktəbli prokurorluğa çağırılıb.

Bu haqda “yeni sabah”a adının çəkilməsini istəməyən mənbə deyib. O, bildirib ki, 162 saylı orta məktəbin 11-ci sinif şagirdi, Elinaya “Tromodol” verən yeniyetmə istintaq tərəfindən dindiriləcək.

Xəbərə görə, hadisə ilə bağlı aparılan cinayət işi kifayət qədər geniş dairəni əhatə edir. Belə ki, 51, 7 və 203 saylı məktəblərdən də bir neçə şagird oğlan prokurorluğa dəvət olunub.

Verilən məlumata görə, prokurorluğa çağırılan bütün məktəblilər, Elina və onun xalası qızları Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyada qeydiyyatda olublar.

Xatırladaq ki, 14 yaşlı Elina Hacıyeva özünü məktəbin üçüncü mərtəbəsindən atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib. 

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

Related Articles

050-295-94-79
top