Elinanın intiharı ilə bağlı iclas keçirildi – Nazir qərar verəcək

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bu gün 162 saylı tam orta məktəbdə aprelin 4-də baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.
Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 saylı tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb. 

Related Articles

050-295-94-79
top