“Samir, mənə yaxşı, ya pis deyə biləcək insan sən deyilsən!” – Şəbnəmdən SƏRT SÖZLƏR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Samir, sən mənim pis insan olduğumu deyə bilməzsən. Otur yerinə! Pis insan varsa, o da sənin kimi üzdəniraqlardır”.

Bu sözləri BiG.AZ-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib. İfaçı xanım həmkarı Samir Cavadzadənin ünvanına sərt sözlər ünvanlayıb:

“Yaxşı insan olduğumu sənə sübut edərəm. Mənə ilişmə! Şəbnəmlə üz-üzə gələndə şirinlik edib gülməkdən 32 dişləri birdən görünür. Kamera qarşısına keçəndə öz aləmlərində olurlar “star”. Halbuki heç kimsiniz. Lazımsız insanlarsınız”.

Qeyd edək ki, S.Cavadzadə axşam.az-a açıqlamasında “Birinin sənəti yoxdur, amma hamı deyir ki, “yaxşı insan”dır, “yaxşı qız”dır, “yaxşı oğlan”dır, gəlin onu tənqid etməyək. Bu, düzgün deyil. Onları müdafiə edənlərə demək istəyirəm ki, həmin şəxslər yaxşı insan olsaydılar, Azərbaycan mədəniyyətini, musiqisini korlayıb, bu günə qoymazdılar” sözlərini deyib.

Related Articles

050-295-94-79
top