MASALLIDA QANUNSUZ PENDİR SEXİ AŞKARLANDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Qida Təhlükəsizliyi Agentliyinə Masallı rayonu, Qəriblər kəndində anti-sanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

Monitorinq zamanı Masallı rayonu, Qəriblər kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatının yaxınlığında qanunsuz pendir istehsalı ilə bağlı məlumatlar öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qanunsuz fəaliyyət göstərən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. İstehsal sahəsində 500 kq pendir, yarımfabrikat məhsullar, həmçinin sexin anbarında pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə istifadə edilən bitki yağları aşkar edilib.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyəti isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvəqqəti olaraq məhdudlaşdırılıb.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək.

Agentlik vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli “Çağırı Mərkəzi”nə zəng edib məlumat verməyi xahiş edir.

Related Articles

050-295-94-79
top