SABUNÇUNUN ÜFUNƏT QOXULU YOLLARI BU İL DƏ GÖZLƏMƏLİ OLACAQ – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu görüntü Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsindəndir.

Tarixi ad verilən küçədə yağış yağdıqdan sonra hərəkət etmək müşkül məsələyə çevrilir. Kanalizasiya sisteminin olmaması isə işləri daha da çətinləşdirir. Burada məskunlaşan sakinlər bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsələr də, məsələyə baxılmadığını bildirirlər.

İllərdir, bu vəziyyətə dözməli olan yerli əhali yayda kanalizasiyanın üfunət iyinə, qışda palçıqlı yollara dözmək məcburiyyətində qalırlar.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Qurum rəsmisi “Yeni Sabah”a açıqlamasında Sabunçu qəsəbəsində 2019-cu il üçün kanalizasiya layihəsinin nəzərdə tutulmadığını bildirib. O, məsələylə bağlı planın yalnız növbəti illərdə həyata keçiriləcəyini söyləyib.

Ərazidən növbəti görüntüləri təqdim edirik:

Xalqxeber.az

Related Articles

050-295-94-79
top