Öldürülən müəllimin ürək dağlayan görüntüsü – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Kocaelinin Gebze rayonunda tələbəsi tərəfindən öldürülən direktor müavininin dilə gətirdiyi “hər kəs məktəbdə, hər kəs etibarda” sözləri insanları duyğulandırmışdı.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, Kocaeli, Gebze rayonunun İnönü Məhəlləsi, İbrahim Ağa Küçəsində yerləşən Atatürk Anadolu Liseyində dünən tələbəsi tərəfindən bıçaqlanaraq öldürülən direktor müavini Nəcməddin Kuyucunun məktəbdəki vəzifəlilərlə “Məktəbdə etibar” sözlü video çəkdiyi ortaya çıxıb.

Təhsilə bir gün ara verilən Gebzedə on minlərlə insanın iştirak etdiyi yas mərasimi keçirilib.
Digər tərəfdən, tələbəsi tərəfindən öldürülən müəllim Nəcməddin Kuyucunun cənazəsi məktəbində təşkil olunan mərasimin ardından Gebze Ahatlı Qəsəbəsinə gətirilib.

Ahatlı Məscidində qılınan cənazə namazına Kocaeli Valisi Hüseyn Aksoy, müəllimin ailəsi, həmkarları və çox sayda vətəndaş qatılıb.

Cənazə namazının ardından Nəcməddin Kuyucunun cənazəsi Ahatlı Ailə Qəbiristanlığında torpağa verilib.
Dəfn mərasimində Kuyucunun həyat yoldaşı və oğlu bir-birinə sarılaraq göz yaşları töküb.

Related Articles

050-295-94-79
top