BRİTNİ SPİRS “AĞLINI İTİRDİ” – XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Amerikalı pop-diva Britni Spirs atasının səhhəti ilə bağlı problemlər fonunda ruhi-əsəb pozuntularının müalicəsi üzrə ixtisaslaşmış klinikaya müraciət edib.

Bu barədə TMZ portalı yazır.

Müğənniyə yaxın mənbələr jurnalistlərə verdikləri açıqlamada, B.Spirsin son həftələr ərzində iki dəfə bıçaq altına uzanmış atası Cemyi Spirslə bağlı narahatlığına görə “ağlını itirdiyini” bildiriblər. Belə ki, atasının yoğun bağırsağında aparılan ikinci əməliyyatdan sonra onda fəsadlaşmalar başlayıb.

Dərin sarsıntı keçirmiş Spirs ötən həftə klinikaya yerləşdirilib. Müalicə kursunun 30 gün davam edəcəyi bildirilir.

Related Articles

050-295-94-79
top