BAŞÇI AĞSUNU NİYƏ BAYRAQSIZ QOYDU? – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ağsu rayonunda Bayraq meydanı artıq neçə aydır ki, bayraqsız qalıb.

Bu barədə Axar.az-a jurnalist Yusif Osmanlı məlumat verib. O bildirib ki, artıq neçə aydır məlum olmayan səbəblərdən bayrağımız oradan götürülsə də, yerinə asılmayıb.

Ağsu Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Vüqar Atakişiyev Axar.az-a açıqlamasında bildirib ki, bayraq küləyin təsirindən cırıldığı üçün çıxarılıb. Başçının köpməkçisi əlavə edib ki, bayraq yaxın günlərdə yerinə asılacaq:

“Narahatlığı anlayırıq. Ancaq bayraq səbəbsiz yerə çıxarılmayıb. Hazırda başımız zəlzələdən sonrakı işlərə qarışıb. Şəhərdə müəyyən işlər aparılır. Ancaq sakinləri də, sizi də əmin edirəm ki, tezliklə yeni bayraq yerinə asılacaq”.
Qeyd edək ki, bu hadisə ilə bağlı bir müddət əvvəl də DİA.AZ-da xəbər yayınlanmışdı. Bütün bunları diqqətəçatdıran Ağsu sakinlərindən biri dia.az-a yazır:

“Ənvər müəllimin Azərbaycan sevgisi olsaydı, bayraq məsələsində yox, camaata münasibətində görərdik. Qardaş, bu adam bizi, bizim milləti sevmir də… zor deyil ki?.. Onun bacoğlusu (Səlim Müslümov nəzərdə tutulur -red.) nazir olanda da belə idi, hər zaman da belə olub. Bayraq məsələsində Ənvər müəllimi qınamayın. Saytlar yazmasa, bir il kiminsə yadına düşməz…”

Related Articles

050-295-94-79
top